09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Putinin xüsusi nümayəndəsi: “Taliban” razılığa daha çox meyillidir”
Tarix: 16-08-2021 15:42 | Bölmə: Dünya
Putinin xüsusi nümayəndəsi: “Taliban” razılığa daha çox meyillidir”

Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya XİN-in departament direktoru Zamir Kobulov devrilmiş Əfqanıstan hökuməti ilə “Taliban” qruplaşmasını müqayisə edib.

Diplomat bu barədə “Rossiya-24” telekanalında danışıb.

“Əgər müqayisə etsək, “Taliban” qruplaşması marionet Kabil hökumətindən razılığa daha çox meyillidir”, - o bildirib.

Z.Kabulov həmçinin “Taliban”ın Rusiya səfirliyinin və Mərkəzi Asiya ölkələri sərhədlərinin təhlükəsizliyi ilə bağlı razılaşmalara riayət etdiyini vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər