09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Akar: "Əfqanıstandakı Türkiyə hərbçilərinin təhlükəsizliyi prioritet təşkil edir"
Tarix: 16-08-2021 17:33 | Bölmə: Dünya
Akar: "Əfqanıstandakı Türkiyə hərbçilərinin təhlükəsizliyi prioritet təşkil edir"

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılığı ilə Əfqanıstandakı son vəziyyətin müzakirəsi üçün müşavirə keçirilib.

“TRT Haber” xəbər verir ki, müşavirə videokonfrans formatında gerçəkləşdirilib.

Müşavirədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər, Hərbi Hava Qüvvələrinin komandanı Hasan Küçükakyüz, həmçinin Əfqanıstandakı Türkiyə hərbi missiyasının komandanı iştirak edib.

Bildirilib ki, Türkiyə hərbçilərinin təhlükəsizliyi prioritet təşkil edir. Əfqanıstandakı son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, hadisələrin inkişafının izləndiyi vurğulanıb.




Bölməyə aid digər xəbərlər