10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Prezident Ərdoğan Qətərə gedir
Tarix: 05-12-2021 22:50 | Bölmə: Dünya
Prezident Ərdoğan Qətərə gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərdə səfərdə olacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilir ki, Ərdoğan sabah Dohada başlanacaq Türkiyə-Qətər 7-ci Yüksək Səviyyəli Strateji Şuranın toplantısında iştirak edəcək.

Səfər çərçivəsində Türkiyə-Qətər əlaqələri və əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq.

Şuranın iclasında ikitərəfli əlaqələrin inkişafı üçün qəbul ediləcək müqavilələrin də gündəlikdə yer alacağı bildirilir.

Görüşlərdə regional və beynəlxalq məsələlərin də müzakirəsi gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}