Bayden Ukraynaya 40 milyard dollar əlavə yardım ayırır
Tarix: 20-05-2022 07:43 | Bölmə: Dünya
Bayden Ukraynaya 40 milyard dollar əlavə yardım ayırır

ABŞ prezidenti Co Bayden Asiyaya səfəri zamanı Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsini imzalayacaq.

Bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan brifinqdə bildirib.

“Prezident qanun layihəsini səfərə gedərkən imzalamağı planlaşdırır. Bu səbəbdən Kiyevə yardım göstərməkdə ləngimələr olmayacaq. Qanun layihəsini tez bir zamanda təsdiqlədiyi üçün Konqresə təşəkkür edirik”, - deyə bildirilib.

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması təşəbbüsü ötən həftə olub və Senat dünən təsdiqləyib.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}