Xarkovda partlayışlar baş verib, şəhər işıqsız qalıb
Tarix: 27-09-2022 23:19 | Bölmə: Dünya
Xarkovda partlayışlar baş verib, şəhər işıqsız qalıb

Ukraynanın Xarkov şəhərində üç partlayış səsi eşidilib.

"Reuters" agentliyinin məlumatına görə, partlayışlardan sonra şəhərdə elektrik enerjisi kəsilib.

Xarkov meri İqor Terexov "Telegram" kanalında bildirib ki, şəhərin bəzi yerlərində işıq yoxdur və ölənlər barədə məlumat dəqiqləşdirilir.

Terexov qeyd edib ki, bir infrastruktur obyekti vurulub və dövlət rəsmilərinin elektrik enerjisini mümkün qədər tez bərpa etməyə çalışırlar.

Qeyd edək ki, Ukrayna ordusu son bir neçə həftə ərzində Xarkovda uğurlu əks-hücum əməliyyatları həyata keçirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}