Rusiyalı oliqarx Londonda saxlanılıb
Tarix: 03-12-2022 21:04 | Bölmə: Dünya
Rusiyalı oliqarx Londonda saxlanılıb

Rusiyalı oliqarx Mixail Fridman Londonda saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, oliqarx şərikləri ilə birlikdə Britaniyanın Terrorla Mübarizə Polisinin Xüsusi İdarəsi tərəfindən sanksiya rejimindən yayınmaqda şübhəli bilinərək saxlanılıb.

Dörd saatlıq dindirmədən sonra Fridman və şərikləri 150 min funt-sterlinq girov və Skotland Yarda gəlmək öhdəliyi qarşılığında sərbəst buraxılıb.

Rusiyanın Londondakı səfirliyi Britaniya hakimiyyət orqanlarından rusiyalı iş adamının saxlanmasının səbəbləri və şəraiti barədə dərhal məlumat verilməsini tələb edib.(APA)




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}