Tərqiətlər Qocalar evində yaşlıları "cənnət" vədi ilə aldadıb evlərini ələ keçirir
Tarix: 19-04-2023 17:36 | Bölmə: Dünya
Tərqiətlər Qocalar evində yaşlıları "cənnət" vədi ilə aldadıb evlərini ələ keçirir

Türkiyədə tərqiət nümayəndələri Qocalar Evində qalan kimsəsiz yaşlıları "cənnət" vədi ilə aldadıb evlərini ələ keçirir.

Reyting.az
xəbər verir ki, belə bir sensasiyalı iddia ilə "Cumhuriyet" qəzetinin əməkdaşı, jurnalist Barış Pehlivan çıxış edib.

O, misal olaraq Kayseridə Qocalar evində dünyasını dəyişən demans və Alzheimer xəstəsi Cemile Özgürün evini “cənnət vədi” ilə "İlim Yayma Cemiyeti'nin ələ keçirdiyini yazıb.

Jurnalist bildirib ki, son illər ölkənin demək olar bütün şəhərlərində müxtəlif dini sektalar bu cür iyrənc əməllərlə məşöul olurlar: "Onlar yaşlı və xəstə insanları Qocalar evlərində müxtəlif söhbətlərlə aldadır, onlara öləndən sonrakı dünyalarında cənnət vədi verirlər, qarışılığında isə evlərni, əmlaklaırnı mənimsəyirlər".

E.ARAZ




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}