16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Terror təşkilatının liderlərindən daha biri öldürülüb
Tarix: 26-04-2023 13:46 | Bölmə: Dünya
Terror təşkilatının liderlərindən daha biri  öldürülüb

2021-ci ilin avqust ayında Kabil Beynəlxalq Hava Limanının Abbey qapısında 170 nəfərin həyatını itirdiyi hücumların təşkilatçısı olduğu bildirilən İŞİD terror təşkilatının Xorasan qolunun lideri öldürülüb.

Reyting.a
z-ın məlumatına görə, Ağ evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Kabil Beynəlxalq Hava Limanının Abbey qapısında 13-ü ABŞ əsgəri olmaqla 170 nəfərin ölümünə səbəb olan hücumları planlaşdıran şəxs “Taliban”-nın əməliyyatı zamanı məhv edilib.

Kirbinin sözlərinə görə, ABŞ “Taliban”a açıq şəkildə bildirib ki, onların məsuliyyəti “Əl-Qaidə” və ya İŞİD-dən asılı olmayaraq terrorçulara təhlükəsizlik sığınacağı verməməkdir.

Kirbi əlavə edib ki, ABŞ vətəndaşlarını harada olursa-olsun, terror təhdidlərindən qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcəklər.

Əməliyyatın nə vaxt və harada keçirildiyi barədə təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, 26 Avqust 2021-ci ildə Kabil Beynəlxalq Hava Limanının Abbey qapısı qarşısında ABŞ əsgərlərinin Əfqanıstandan çıxarılması zamanı ölkəni tərk etmək ümidi ilə gözləyən kütləyə iki hücum təşkil edilmişdi. Hücumlara görə məsuliyyəti DEAŞ-ın Xorasan qolu öz üzərinə götürmüşdü.

Onu da qeyd edək ki, bundan əvvəl Reyting.az Pentaqondan sızan məxfi sənədlərə əsaslanaraq ABŞ və “Taliban”-nın İŞİD-ə qarşı mübarizədə müttəfiqlik etdiyini bildirmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}