Ukraynanın silah-sursat anbarları və hərbi qatarı vurulub
Tarix: 01-05-2023 07:57 | Bölmə: Dünya
Ukraynanın silah-sursat anbarları və hərbi qatarı vurulub

Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərindəki nəqliyyat qovşağına zərbələr endirib.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, zərbələr Ukraynanın silah-sursat anbarlarına və hərbçilərin qatarına dəyib.

Qeyd olunur ki, nəqliyyat qovşağı Ukrayna Silahlı Qüvvələrinin resurslarının tədarükü və ötürülməsini həyata keçirirmiş.

Canlı qüvvə itkisi barədə məlumat verilmir.

Ukrayna mediası Dnepropetrovsk vilayətində də partlayışlar barədə məlumat yayıb. Strana.ua nəşri qeyd edir ki, Pavloqradda baş verən partlayışdan sonra güclü yanğın başlayıb.

Pavloqrad rəhbərliyi sakinləri sığınacaqlarda qalmağa və rəsmi məlumatlar alınana qədər onlayn foto və mesajlar yerləşdirməməyə çağırıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}