18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türkiyədən İsveç və Ermənistan açıqlaması
Tarix: 03-05-2023 14:47 | Bölmə: Dünya
Türkiyədən İsveç və Ermənistan açıqlaması

“Bir iyunda qüvvəyə minəcək terrorla mübarizə qanunu nə qədər effektiv tətbiq olunarsa, proses bir o qədər sürətlə irəliləyəcək”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə prezidentin sözçüsü İbrahim Kalın deyib.

Kalın Ermənistanı nəzərdə tutaraq bildirib ki, Türkiyəni soyqırımda ittiham edən bir hərəkətin cavabsız qalmasını gözləmək olmazdı.

İ. Kalın İsveçin NATO üzvlüyü ilə bağlı verdiyi açıqlamada deyib:

“İyun ayında Finlandiyanın da iştirakı ilə növbəti ortaq mexanizm toplantısını yenidən planlaşdırırıq. Üçlü mexanizm Finlandiyanın üzvlüyündən sonra da davam edəcək. Terrorla mübarizə qanunu da vacib məqamdır. Bu qanun iyunun 1-dən qüvvəyə minir. Qanun nə qədər effektiv tətbiq edilərsə, proses bir o qədər sürətlə davam edəcək”.

Kalın Türkiyənin hava məkanının Ermənistana bağlanması ilə bağlı bunları deyib: “Ermənistana reaksiya verməməkdən söhbət gedə bilməz. Bizi soyqırımda ittiham edən aktın cavabsız qalmasını gözləmək olmazdı. Təbii ki, bu, hava məkanının bağlanması ilə nəticələnərdi”.

İ. Kalın mayın 5-də İstanbulda keçiriləcək Türkiyə-Rusiya-Ukrayna görüşünün kritik əhəmiyyət daşıdığını vurğulayıb: “Mayın 5-də İstanbulda keçiriləcək Türkiyə-Rusiya-Ukrayna görüşü taxılın gələcəyi üçün vacibdir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər