18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
“Serblərin Kosovodan qovulmasına imkan verməyəcəyik” - Nazir
Tarix: 26-05-2023 23:16 | Bölmə: Dünya
“Serblərin Kosovodan qovulmasına imkan verməyəcəyik”

“Serblərin Kosovodan qovulmasına imkan verməyəcəyik”. Reyting.az xəbər verir ki, bunu Serbiyanın Müdafiə naziri Miloş Vuçeviç deyib.

Qeyd edək ki, mayın 26-da Kosovonun şimalında kosovo serbləri ilə polis arasında toqquşma olub. Serblər albanların boykot etdikləri və qalib gəldikləri yerli seçkilərin nəticələrindən narazıdırlar.

Serbiyanın paytaxtında Kosovoda baş verən toqquşmalar fonunda ölkə hökumətinə dəstək üçün genişmiqyaslı aksiyaya hazırlaşırlar.

Serbiya prezidenti Vuçiç mayın 27-də Milli Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər