12:57 / 07-02-2025
Sabah qar yağacaq
Millimiz Avropa çempionatının qalibi olub
Tarix: 14-07-2024 22:14 | Bölmə: İdman
Millimiz Avropa çempionatının qalibi olub

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda final matçına çıxıb.

Reyting.az
xəbər verir ki, Evren Alkayanın yetirmələri həlledici görüşdə Kipr yığması ilə üz-üzə gəliblər.

Qarşılaşma millimizin 69:52 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığması bu nəticədən sonra ardıcıl ikinci dəfə Avropa çempionatının qalibi adını qazanıb.

Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən gənc basketbolçularımız yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Yarış Cəbəllütariqdə keçirilib(Report).




Bölməyə aid digər xəbərlər
16-01-2025, 16:26 Rafael Ağayev istefa verib