23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
AVRO-2020-nin oyunlarına ən ucuz bilet Bakıya olacaq
Tarix: 19-05-2019 16:40 | Bölmə: İdman
AVRO-2020-nin oyunlarına ən ucuz bilet Bakıya olacaq

UEFA 2020-ci il Avropa çempionatının final mərhələsinin biletlərinin qiymətlərini açıqlayıb.

Ən ucuz biletlər Bakı, Budapeşt (Macarıstan) və Buxarest (Rumıniya) şəhərlərində keçiriləcək qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyununadır.

Bu qarşılaşmalara 30 avroya baxmaq mümkün olacaq. İkinci kateqoriyalı bilet 75 avroya, üçüncü kateqoriyalısı isə 12 avroyadır.

Sankt-Peterburqda (Rusiya) təşkil olunacaq qrup oyunları 50 - 185 avroya, 1/4 final matçı isə 75 - 225 avroya olacaq.

Ən bahalı bilet isə Londonda (İngiltərə) keçiriləcək final matçınadır - 945 avro.

51 oyundan 44-nə biletləri 50 avroya almaq mümkündür.

Satışın ilkin mərhələsi 12 iyunda başlanacaq və gələn ilin 12 iyulunadək davam edəcək. Geniş publikaya 1,5 milyon bilet satılacaq.

Hər bir şəxs maksimum 4 bilet ala və bir gün ərzində yalnız 1 oyuna baxa bilər.

Qeyd edək ki, Avropa çempionatının oyunları 2020-ci il iyunun 12-dək iyulun 12-dək 12 şəhərdə keçiriləcək. Bakı, Buxarest, Budapeşt, Sankt-Peterburq və Londondan əlavə, Amsterdam (Hollandiya), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Münhen (Almaniya) və Roma (İtaliya) da təşkilatçı şəhərlər olacaq/Report.




Bölməyə aid digər xəbərlər
23-02-2024, 09:36 Obameyanq tarix yazıb

{sape_links}{sape_article}