23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
“Mançester Siti”yə çempionluq qazandıran futbolçu klubdan getdi
Tarix: 19-05-2019 17:14 | Bölmə: İdman
“Mançester Siti”yə çempionluq qazandıran futbolçu klubdan getdi

Müdafiəçi Vensan Kompani 2008-ci ildən çıxış etdiyi İngiltərənin “Mançester Siti”dən ayrılıb.

Reyting.az bildirir ki, bu barədə komandanın rəsmi saytında məlumat yayılıb.

Yaxınlarda “Lester”ə qarşı oyunda Kompani gözəl qol vurub və bu, “Mançester Siti”yə minimum qələbə qazanmaqla yanaşı “Liverpul”u bir xal geridə qoymaqla çempion olmaq şansı verib.

Belçikalı futbolçu “şəhərlilər”in heyətində 360 oyun keçirib, 20 qol vurub. O, klubun oyunçusu kimi dördqat İngiltərə çempionudur, 4 dəfə İngiltərə liqasının Kubokunu, iki dəfə İngiltərə Kubokunu qazanıb.

Aprel ayında 33 yaşı tamam olan belçikalı əvvəllər Belçikanın “Anderlext”, Almaniyanın “Hamburq” klublarının da şərəfini qoruyub.

Kompani milli komandada 87 oyun keçirib və 4 qol vurub.

Kompani “Maçester Siti”dən ayrılan kimi “Belçikanın “Anderlext”i onun kluba qayıtdığını elan edib. Müdafiəçi keçmiş komandası ilə 2 illik müavilə imzalayıb.

“Üç mövsümdə “Anderlext”də üzərimə oyunçu-menecer rolunu götürəcəyəm”, - 33 yaşlı Kompani yazıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-02-2024, 09:36 Obameyanq tarix yazıb

{sape_links}{sape_article}