Kross “Real”la müqaviləsini uzatdı - 2023-cü ilə qədər
Tarix: 20-05-2019 13:42 | Bölmə: İdman
Kross “Real”la müqaviləsini uzatdı

“Real”ın almaniyalı yarımmüdafiəçisi Toni Kross klubla müqaviləsini uzadıb.

Reyting.az bildirir ki, klubun rəsmi saytında yayılan məlumata görə, yeni razılaşma 2023-cü il iyunun 20-nə qədər nəzərdə tutulur.

29 yaşlı almaniyalı “Real”da 2014-cü ildən çıxış edir. Onun “Bavariya”dan transferi təxminən 30 milyon avro təşkil edib.

O, Madrid klubu ilə İspaniya çempionu (2017) olub, 3 dəfə “Çempionlar liqasında, eləcə də ölkə Superkubokunda qalib gəlib və 4 dəfə Dünya klub turnirinin mükafatçısıdır.

Kross artıq başa çatan mövsümdə “Real”Da 43 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}