16:39 / 28-11-2024
Sabah qar yağacaq
Türk əsilli futbolçu İngiltərə klubu ilə müqaviləsini uzatmaq istəyir
Tarix: 20-05-2019 16:45 | Bölmə: İdman
Türk əsilli futbolçu İngiltərə klubu ilə müqaviləsini uzatmaq istəyir

“Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan klubla müqaviləsini uzatmaq istədiyini deyib.

Reyting.az xəbər verir ki, Almaniya millisində də çıxış edən türk əsilli futbolçu bundan əvvəl əmək haqqının ildə 9 milyon avroya qaldırılmasını xahiş etsə də, “şəhərlilər” buna razılaşmayıb.

İlkay indi klubla dialoqu bərpa etmək üçün vaxtın çatdığını da vurğulayıb.

Bundan əvvəl, 28 yaşlı yarımmüdafiəçi ilə “İnter”in maraqlandığı haqda xəbər yayılmışdı.

Gündoğan başa çatan mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlərdə 50 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər