Maradona həbs olundu
Tarix: 22-05-2019 17:22 | Bölmə: İdman
Maradona həbs olundu

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanı Buones-Ayresdəki Eseysa hava limanında polislər keçmiş sevgilisi Rosio Olivanın şikayəti əsasında həbs edib.

Reyting.az xarici mediaya istinadla bildirir ki, hazırda Meksikanın “Doradosa” komandasının məşqçisi hava limanını yalnız vəkili Matias Morlanın gəlişindən sonra tərk edib.

Qeyd edək ki, Maradona Venesuela prezidenti Nikolas Maduronu dəstəklədiyi üçün barəsində Meksikada da cinayət işi açılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}