14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“Qızıl top” mükafatı Ronalduya veriləcək
Tarix: 28-10-2019 18:09 | Bölmə: İdman
“Qızıl top” mükafatı Ronalduya veriləcək

“France Football” jurnalının ilin ən yaxşı futbolçusu üçün nəzərdə tutduğu “Qızıl top” mükafatı İtaliyanın “Yuventus” komandasının hücumçusu Kriştianu Ronalduya təqdim olunacaq.

“Report” “Corriere dello Sport”a istinadən xəbər verir ki, Fransa nəşrinin nümayəndələri bununla əlaqədar Turində 34 yaşlı forvard və klubun idman direktoru Fabio Paratiçi ilə görüşüblər. Jurnalistlərin Ronaldudan qalib elan olunandan sonra yayımlanması üçün nəzərdə tutulan müsahibə götürdükləri ehtimal edilir.

Qalibin adı dekabrın 2-də Parisdəki Şatle teatrında təşkil olunacaq mərasimdə elan olunacaq. Bu ada 30 futbolçu namizəd göstərilib.

Qeyd edək ki, “France Football”ın 1956-cı ildə təsis etdiyi “Qızıl top” mükafatını hamıdan çox – 5 dəfə Ronaldu ilə İspaniya təmsilçisi “Barselona”nın argentinalı kapitanı Lionel Messi alıb. Ötən il mükafata İspaniyanın “Real Madrid” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}