23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Məşhur idman şərhçisi Ərdoğanın AVRO-2020-lə bağlı proqnozunu açıqlayıb
Tarix: 01-12-2019 14:04 | Bölmə: İdman
Məşhur idman şərhçisi Ərdoğanın AVRO-2020-lə bağlı proqnozunu açıqlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə yığmasının AVRO-2020-də A qrupuna düşəcəyini hələ püşkatma öncəsi proqnozlaşdırıb.

Bu barədə NTV-nin idman şərhçisi Rıdvan Dilmən açıqlamasında bildirib.

"Yayıma çıxmamışdan öncə Ərdoğanla danışdım. O, TANAP-ın açılışında "Qazprom"un rəhbəri Aleksey Millerə "İnşallah, Bakı - Roma qrupuna düşərik" söyləyib. Qəlbi təmiz imiş. Türkiyə millisinin iki matçı Bakıda olacaq. Əslində ölkəmizin istədiyi kimi oldu. Bakıda 10 gün qalacağıq", - deyə Dilmen vurğulayıb.

Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-nin açılış matçında İtaliya ilə qarşılaşacaq. Görüş iyunun 12-də Roma şəhərindəki "Olimpiko" stadionunda keçiriləcək. Daha sonra Azərbaycan paytaxtına səfər edəcək "ay-ulduzlular" iyunun 17-də Bakı Olimpiya Stadionunda Uelslə, iyunun 21-də isə İsveçrə ilə üz-üzə gələcək/Report.




Bölməyə aid digər xəbərlər
23-02-2024, 09:36 Obameyanq tarix yazıb

{sape_links}{sape_article}