Milli komandamız dünya reytinqində irəliləyib - Siyahı
Tarix: 05-04-2020 14:56 | Bölmə: İdman
Milli komandamız dünya reytinqində irəliləyib

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb.

Reyting.az
Apasport-a istinadla xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan yığması dünyanın 26-cı komandasıdır.

Hesabında 127 xal olan millimiz ötən reytinqlə müqayisədə irəliləyib. Bir addım irəliləyişə nail olan komandamız Meksikanı arxada qoyub. Şimali amerikalıları 1 xal qabaqlayan millimiz 25-ci olan Xorvatiyadan 4 xal geridədir.

Qadın komandaların siyahısında liderlər dəyişməz qalıb. Çin (391) 1-ci, ABŞ (382) 2-ci, Braziliya (328) 3-cüdür.

Kişilərdən ibarət Azərbaycan millisi isə 58-ci pillədə qalıb. Yığmamızın aktivində 101 xal var. Komandamız 57-ci olan İsraildən 4 xal geri qalır, 59-cu olan Pakistanı 1 xal qabaqlayır.

Burada da liderlər dəyişməz qalıb. Braziliya (427) 1-ci, Polşa (384) 2-ci, ABŞ (365) 3-cüdür.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}