12:04 / 02-02-2026
Naxçıvanın konstitusiyasına çoxsaylı dəyişikliklər təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
09:49 / 02-02-2026
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
09:40 / 02-02-2026
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
09:38 / 02-02-2026
“Sərhədsiz həkimlər”in Qəzzada işləməsi qadağan edilib
09:23 / 02-02-2026
Lənkərandakı yanğında bir nəfər həyatını itirib
09:18 / 02-02-2026
Mehriban Əliyeva gənclərə dəstək nümayiş etdirib
09:14 / 02-02-2026
Prezident Gənclər Günü münasibətilə paylaşım edib - Foto
09:09 / 02-02-2026
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
09:03 / 02-02-2026
Tramp: Kanada 51-ci, Qrenlandiya 52-ci ştatımız olacaq
01:09 / 02-02-2026
Tramp BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşıdır
00:59 / 02-02-2026
Zelenski danışıqlarla bağlı yeni detalları açıqlayıb
00:51 / 02-02-2026
Ceki Çan ölümündən sonra yayımlanacaq mahnı yazdırıb
00:45 / 02-02-2026
Lavrov: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
00:33 / 02-02-2026
Parisdə yəhudi məktəbinə hücum olub
00:22 / 02-02-2026
Bu gün Azərbaycanda Gənclər Günüdür
00:20 / 02-02-2026
Birinci xanım haqqında film yüksək gəlir gətirib - Foto
00:10 / 02-02-2026
Ukrayna üçün böyük hərbi yardım paketi hazırlanır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
13:37 / 28-01-2026
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
14:09 / 28-01-2026
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
13:38 / 28-01-2026
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
“Vergidən yayınmaq üçün cəhdlər edilir” - Mikayıl Cabbarov
Tarix: 09-10-2018 22:52 | Bölmə: İqtisadiyyat

“Ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub. Ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür”.
Reyting.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxışı zamanı bildirib.
Mikayıl Cabbarov qeyd edib ki, neft-qaz sektorunda həyata keçirilən investisiya layihələrinin aktiv fazasının başa çatması qeyri-neft sektorundan vergi daxilolmalarına təsir etsə də, qeyri-neft sektorunun digər sahələrindən daxilolmaların artması, həmçinin neft sektorundan olan artım hesabına 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz və ya 81,4 milyon manat çox vəsait toplanıb: “Cari ilin 9 ayında qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib”.
Nazirin sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, o cümlədən yeni iş yerlərinin açılması vergitutma bazasının genişləndirilməsi ilə nəticələnib, hesabat dövründə regionlardan vergi daxilolmaları 508,0 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz artıb. Tədiyə növləri üzrə aparılan təhlil göstərir ki, qeyri-neft sektorundan daxil olan bütün vergi növləri üzrə artım qeydə alınıb.
M. Cabbarov daha sonra qeyd edib:
“Cənab Prezident, Siz vergi orqanları qarşısında “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsi, vergi mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoymusunuz.
Bunlardan ən önəmlisi, sahibkarlıq fəaliyyətinin şəffaflığı problemidir. Azərbaycanda yaradılmış əlverişli iqtisadi mühit, böyük daxili istehlak bazarının mövcudluğu, ixracın təşviqi üçün görülən tədbirlər insanları sahibkarlıq fəaliyyətinə stimullaşdırır. Lakin, bu sahədə hələ də uçotsuz fəaliyyət, qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinin geniş yayıldığı ilə qarşılaşırıq.
Bu kimi halların qarşısının alınması olduqca vacibdir. Təkcə ona görə yox ki, bu, vergi yığımı üçün böyük potensialdır və büdcə gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətlidir. Həm də ona görə ki, qanunauyğun fəaliyyət göstərən vergi ödəyicilərinin mənafeləri bu haqsız rəqabətə uduzmasın. Bu fəaliyyətin həm dövlət, həm vətəndaş üçün faydalı olmasının əsas şərti hər kəsin qanun qarşısında bərabər olmasıdır”.
Nazirin sözlərinə görə, sadələşdirilmiş verginin əhatə dairəsinin hər il genişləndirilməsinin təhlili nəticəsində müəyyən edilib ki, verilən bu dəstəkdən sui-istifadə hallarının sayı artır: “Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergi ödəyiciləri tərəfindən dövriyyələrin “parçalanması”, müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir.
Ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır, lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmaları üçün əlavə imkanlar yaradır.
Əlbəttə, vergi ödəyicilərinin fəaliyyətində uçot sisteminin zəifləməsində müəyyən qədər vergi orqanlarının da payı olub. Vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına yönəldilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətini itirməsi, vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin həcminin ilbəil artması, özəl biznesə qarşı qəbuledilməz metodların tətbiqi kimi xoşagəlməz halları qeyd etmək olar. Nəticə etibarilə illərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır.
Uzun müddət formalaşmış vergi ödəmə vərdişlərinin dəyişdirilməsi çətin, lakin həllini tələb edən prosesdir. Vergi administrasiyası bu istiqamətdə öz fəaliyyətinin vergi mühitinin şəffaf, bərabər, hamı üçün eyni və əvvəlcədən təxmin edilən prinsiplər əsasında qurulmasını davam etdirəcək.
Cari ildə göstərilən problemlərin həlli, vergitutma bazasının genişləndirilməsi, biznesin açıq və şəffaf fəaliyyətinin təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Nazirlik tərəfindən vergi ödəyiciləri ilə şəffaf münasibətlərin qurulmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi hesabına qeyri-neft sektorunda dövriyyələr 7,1 faiz artaraq 44 milyard manatı ötüb. Ticarətdə dövriyyə 18,4 faiz, o cümlədən pərakəndə ticarət dövriyyəsi 27,9 faiz artıb. Bu dinamika şəffaflaşmanın erkən əlamətləri kimi qəbul edilə bilər. Vergi ödəyicilərinə öz uçot sənədləşmə işlərini qaydaya salmağa imkan yaratmaq üçün səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb.
Zati-aliləriniz tərəfindən Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin fəaliyyətinin daha sıx əlaqələndirilməsi məqsədilə bu ilin aprel və iyun aylarında imzalanmış sərəncamlara ayrıca toxunmaq istərdim”.
Mikayıl Cabbarovun sözlərinə görə, Dövlət Gömrük Komitəsi ilə birlikdə idxal-ixrac əməliyyatlarına effektiv nəzarət sisteminin qurulması istiqamətində tədbirlər həyata keçirilir:
“Xüsusi olaraq, Vahid Risk Platformasının tətbiqini qeyd etmək istərdim. Bu sahədə rastlaşdığımız əsas problemlərdən biri üçüncü şəxslər üçün malları idxal edən vergi ödəyiciləri ilə bağlı idi. Düzdür, bəzi məsələlərin həllini hələlik başa çatdıra bilməmişik. Oktyabrın 5-də hər iki qurumun keçirdiyi birgə kollegiya iclasında açıq qalan məsələlərin həlli yolları müzakirə edildi. Ümidvarıq ki, Dövlət Gömrük Komitəsi ilə birlikdə bu işləri cari ilin sonuna qədər yekunlaşdıra biləcəyik. Hesab edirik ki, həyata keçirilən tədbirlərin çox müsbət fiskal nəticələri olacaq.
Tapşırığınıza uyğun olaraq, aksizli malların dövriyyəsinə vergi nəzarəti gücləndirilib, ən iri 30 istehsalçıda cari ilin avqustun 1-dən aksiz postları qurulub. Bir məhsul növünün adı altında faktiki olaraq digərinin istehsalının, saxta aksiz markalarından istifadənin və aksiz markası olmadan məhsul satışının qarşısı alınıb. Nəticədə, araq istehsalı və daxili bazarda satış həcmi cari ilin ötən dövrü ilə müqayisədə avqust və sentyabr ayları üzrə orta hesabla 3 dəfə artıb.
Aksizsiz tütün məhsullarının daxili bazarda satışının qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində keçirilən tədbirlər nəticəsində daxili bazarda qaçaq malın payı cari ilin əvvəlindəki 19 faizdən 3 faizə enib. İlin əvvəlindən dövlətin nəfinə müsadirə olunan və təhvil verilən tütün məmulatlarının dəyəri 13 milyon manata yaxındır. Qanunsuz olaraq daxili bazara yol tapmış tütün məhsullarının müsadirə edilərək satışdan çıxarılması nəticəsində yerli məhsulların istehsalında canlanma yaranıb. Belə ki, yerli istehsalçıların daxili bazarda satış həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə cari ilin müvafiq dövründə 75 faiz artıb.
2018-ci ilin 9 ayı ərzində vergi ödəməkdən yayınma faktları üzrə istintaq olunan cinayət işləri üzrə vurulmuş ziyandan 17,6 milyon manat məbləğin ödətdirilməsi təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz çoxdur.
Prioritetlərimiz sırasında vergi ödəyicilərindən daxil olan şikayətlərin baxılması işinin təkmilləşdirilməsi və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsini qeyd etmək istərdim.
Qarşımıza qoyduğunuz tələblərə əsasən, vergi administrasiyasının açıq və şəffaf fəaliyyəti istiqamətində proses davam etdirilir. Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı inam atmosferinin yaradılması, vergilərin könüllü ödənilməsinə keçidin təmin edilməsi üçün bütün qüvvələr səfərbər olunub.
Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasına çalışır. Blokçeyn texnologiyası əsasında qurulmuş həllər daxil olmaqla, qərəzsiz və dəqiq təhlil-qeydiyyat sistemlərinin tətbiqi istiqamətində işlərə başlanıb. Vergi ödəyicilərinin fəaliyyətinin risk modulları üzərindən təhlil olunması, vergidən yayınma hallarının müasir texnologiyalara əsaslanaraq aşkar edilməsi, vergi nəzarəti metodlarının təhlil olunmuş məlumatlar əsasında seçilməsi ilə auditin real funksiyalarının bərpası istiqamətində işlər gücləndirilib”.
Nazirin sözlərinə görə, aparılan islahatların daha bir mühüm qolu vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlıdır: “Cari il ərzində sahibkarların ictimai təşkilatları və konsaltinq şirkətləri ilə sıx təmaslarımız olub. Bu görüşlərdə biz sahibkarları narahat edən məsələləri, onları öz fəaliyyətlərinin daha da genişləndirmək üçün maraqlandıran təşviqedici mexanizmləri müzakirə etmişik.
Nəticədə Vergi Məcəlləsinə hazırlanmış dəyişikliklər paketi özündə bir neçə mühüm istiqaməti əhatə edir. Bunlar vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, iqtisadi artımın və sahibkarlığın effektiv dəstəklənməsi, vergitutma rejiminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi, inzibatçılığın və nəzarətin gücləndirilməsi, güzəştlərin iqtisadi səmərəsinin yüksəldilməsindən ibarətdir.
Cənab Prezident, bu dəyişikliklər sırasında digər orqanlarla elektron məlumat mübadiləsinin genişləndirilməsi məsələləri ilə bağlı Sizin dəstəyinizə ehtiyacımız var. Bu məlumatlara çıxış vergi ödəyicilərinə keyfiyyətli xidmətin göstərilməsi ilə yanaşı, fəaliyyətimizi daha da məhsuldar edəcək.
Vergitutma bazasının genişləndirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyət dairəsinin müəyyən edilməsi nəticəsində sadələşdirilmiş verginin sırf kiçik sahibkarlığın istifadə edəcəyi bir vergi növü kimi qalmasına şərait yaradılacaq.
Sistemli yanaşmanı təmin etmək üçün vergi güzəştlərinin dövlət büdcəsinin yığımına təsirinin əvvəlcədən hesablanması və effektivliyinin müəyyən müddətdən sonra qiymətləndirilməsi metodikasının işlənilməsi təklif olunur.
Sahibkarlığın inkişafının dəstəklənməsi və biznesin aparılmasının əlverişliliyinin artırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsi, pərakəndə ticarət və iaşədə nağdsız ödənişlər üzrə müddətli vergi güzəştlərinin verilməsi, gəlir və xərcin uçotunu aparan kiçik sahibkarların dividend gəlirlərinin vergidən azad olunması, vergi ödəyiciləri tərəfindən çəkilən qeyri-kommersiya xərclərinin, o cümlədən səhiyyə, təhsil, mədəniyyət və idman sahələrinə ayrılmış ianələrin müəyyən hissəsinin gəlirdən çıxılması kimi yenilikləri də qeyd etmək vacibdir.
Tapşırığınıza əsasən, əməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması islahatı hazırladığımız dəyişikliklər sırasında xüsusi yer tutur.
Bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət “kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biridir. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır.
İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur.
Güman edirik ki, islahat nəticəsində qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq. Bu proses iqtisadi artıma da öz müsbət təsirini göstərəcək.
Vergi sahəsində aparılan islahatlar, biznes mühitinin cəlbediciliyinin artırılması üçün həyata keçirilən tədbirlər, informasiya texnologiyalarına əsaslanan vergi inzibatçılığının formalaşdırılması sahibkarlığın inkişafına, ölkəmizin tərəqqisi naminə biznes və vergi orqanlarının səmərəli əməkdaşlığına öz töhfəsini verəcək”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 09:49
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
30-01-2026, 17:40
İqtisadi Şuranın iclası keçirilib
30-01-2026, 16:30
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
30-01-2026, 14:15
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
30-01-2026, 13:47
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
30-01-2026, 10:23
Agentlik sədrinin müavini vəzifədən azad edilib
30-01-2026, 07:18
Ağıllı eynəklərin və süni intellektli cihazların istehsalı artacaq
29-01-2026, 18:04
Nazirlikdə nöqsanlar aşkarlanıb
29-01-2026, 17:41
Vakansiyalar arasında maaş uçurumu: 300-10 min manat arasında dəyişir
29-01-2026, 17:11
Mərkəzi Bankda yeni təyinatlar olub
29-01-2026, 16:04
İranla bağlı gərginlik dünya bazarında nefti bahalaşdırıb
29-01-2026, 14:21
Kəmaləddin Qafarovun şirkəti hospitalla sövdələşib
29-01-2026, 11:25
İşçi Qrupun iclası keçirilib - Foto
29-01-2026, 07:02
Dollar üçün təhlükəli dövr başlayır
28-01-2026, 15:00
Nə qədər dövlət borcumuz var? - Rəqəm açıqlanıb
28-01-2026, 14:45
Hibrd modellər Avropa avtomobil bazarında üstünlük qazanıb
28-01-2026, 12:56
Trampın şərhləri dolları dəyərdən salır
28-01-2026, 12:07
İrandan Azərbaycana gətirilən qənnadı məhsulunda kif aşkarlanıb
28-01-2026, 09:26
Avropa İttifaqı Polşaya 44 milyard avro ayırıb
27-01-2026, 23:00
"Bloomberg": Hindistan Rusiya neftindən imtina edib
27-01-2026, 19:35
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub
27-01-2026, 16:11
Almaniya şirkətləri Çinə investisiyaları artırıb
27-01-2026, 11:27
Neft Fondu qızıl aktivlərini 200 tona çatdırıb
27-01-2026, 10:53
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
27-01-2026, 10:45
Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib
27-01-2026, 10:37
ARDNF-in aktivləri artıb
27-01-2026, 10:30
Sinqapur valyutası ABŞ dollarını üstələyir
27-01-2026, 08:42
Seul Trampın yeni tariflərini rədd edir
26-01-2026, 21:03
SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib - Fotolar
26-01-2026, 16:30
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq olunub
26-01-2026, 16:05
Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulub
26-01-2026, 11:26
Qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır
26-01-2026, 10:50
Pensiya nə qədər artırılacaq? - Açıqlama
26-01-2026, 10:30
Məşhur şirkəti fantastik maliyyə itkiləri gözləyir
26-01-2026, 09:57
Dollar arxa plana keçir, qızıl və gümüşə üstünlük verirlər
23-01-2026, 22:36
Qızıl və gümüşün qiyməti artır
23-01-2026, 17:53
Baş İdarə rəisi vəzifədən azad olunub
23-01-2026, 17:22
Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma ləğv olunub
23-01-2026, 15:10
"VTB Azərbaycan”dan 17 milyon manatdan çox depoziti geri götürülüb
23-01-2026, 12:36
Tələbələrin kredit üçün müraciət tarixləri açıqlanıb
23-01-2026, 12:08
Sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır
23-01-2026, 10:57
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
22-01-2026, 15:20
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad edib - Yeni təyinat
22-01-2026, 09:10
Rusiya qızıl ehtiyatını artırıb
22-01-2026, 08:42
Dünyanın ən böyük bənövşəyi sapfiri təqdim edilib

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər