13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Almaniya Rusiya neftini almağa davam edir
Tarix: 12-09-2023 12:49 | Bölmə: İqtisadiyyat
Almaniya Rusiya neftini almağa davam edir

Almaniya Hindistan vasitəsilə böyük miqdarda Rusiya neftinin idxalını davam etdirir.

Reyting.az
xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin məlumatlarına əsaslanan xarici KİV-lər yazıb.

Məlumata görə, Almaniyanın Hindistandan neft məhsulları idxalı bu ilin ilk 7 ayında keçən ilin eyni dövrü ilə müqayisədə on iki dəfədən çox artıb.

BMT-nin məlumatına görə, Hindistan Rusiyadan böyük həcmdə xam neft alır.

Statistiklər bildirir ki, Hindistandan idxal əsasən dizel və ya soba yağının istehsalı üçün istifadə olunan qaz yağlarıdır. Hindistan bu məhsulları Ukrayna ilə müharibə başlayandan bəri Rusiyadan aldığı böyük miqdarda xam neftdən istehsal edir.

Xatırladaq ki, müharibə səbəbindən Almaniya Rusiyadan birbaşa neft idxalını dayandırıb. Qərb dövlətləri isə Rusiya neftinə qiymət həddi tətbiq edib.

Qeyd olunur ki, Çexiya Rusiya neftindən getdikcə daha çox istifadə edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}