20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
10 sığorta agentinin lisenziyası ləğv edildi
Tarix: 21-11-2018 16:25 | Bölmə: İqtisadiyyat
10 sığorta agentinin lisenziyası ləğv edildi

Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin qərarı ilə 10 fiziki şəxsə sığorta agenti kim fəaliyyət göstərmək üçün verilmiş lisenziyalar ləğv edilib, 3 fiziki şəxsə isə müddətsiz sığorta agenti lisenziyaları verilib.

Reyting.az palataya istinadən bildirir ki, fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən 8 fiziki şəxsin lisenziyaları 3 ay müddətinə dayandırıl;b.

Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığı üçün onların lisenziyaları ləğv edilib.

Bundan əlavə, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, Xəyalə Məmmədovanın və Rəşad Rzayevin könüllü müraciətləri əsasında onların da lisenziyaları ləğv olunub.

Eyni qərarla attestasiyadan müvəffəqiyyətlə keçən Alim Məmmədov, Validə Səfərova və Mehdi Nemətliyə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər