Nazir müavini: "Onlar "bulanıq suda balıq tutmaq daha asandır" prinsipi ilə çalışırlar"
Tarix: 04-06-2019 11:49 | Bölmə: İqtisadiyyat
Nazir müavini: "Onlar "bulanıq suda balıq tutmaq daha asandır" prinsipi ilə çalışırlar"

"Ötən 5 ay ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 mlrd manatdan çox vəsait daxil olub ki, bu da proqnozdan 130 mln manat çoxdur. Proqnoz tapşırığına isə 114% əməl olunub".

Bunu Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, vergi yoxlamaları azalıb:

"2018-ci ildə öncəki ilə nisbətən səyyar vergi yoxlamalarının sayı 3 dəfə azaldılıb. Bu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 4 dəfə azalıb və 1 mln vergi ödəyicisi üçün cəmi 176 səyyar vergi yoxlaması qeydə alınıb".

Nazir müavini deyib ki, fəaliyyətində ilkin nöqsan aşkar edilmiş sahibkara xəbərdarlıq edilir:

"Əgər ilkin olaraq xəbərdarlıq edilmirsə ona qarşı heç bir sanksiya tətbiq edilə bilməz. Bəzi sahibkarlar var ki, onlar "bulanıq suda balıq tutmaq daha asandır" prinsipi ilə çalışırlar. Bu isı digər şəffaf sahibkarların fəaliyyətinə ziyandır".




Bölməyə aid digər xəbərlər