Bankın mənfəəti azalıb – Hesabat
Tarix: 21-07-2016 15:50 | Bölmə: İqtisadiyyat


"Muğanbank” ASC 2015-ci ili 444 min manatlıq mənfəətlə başa vurub.

Bankın yaydığı hesabata görə, 2014-cü illə müqayisədə bankın mənfəəti 4 mln. 254 min manat azalıb.

Bankın cəmi aktivləri 141 mln. 474 min manat və ya 25,07 faiz artaraq, 564 mln. 331 min manat təşkil edib. Bankın kredit portfeli isə bir il ərzində 91 mln. 729 min manat və ya 24,11 faiz artaraq, 380 mln. 392 min manata bərabər olub.

Hesabat dövründə "Muğanbank” ASC-nin cəmi öhdəlikləri 141 mln. 30 min manat, yəni 27,56 faiz artaraq, 511 mln. 635 min manat təşkil edib. Depozit portfeli isə 2014-cü illə müqayisədə, 76 mln. 153 min manat və ya 29,58 faiz artaraq, 257 mln 470 min manat təşkil edib.

Bankın cəmi kapitalı isə 52 mln. 696 min manat təşkil edib. Bu göstərici 2014-cü illə müqayisədə 444 min manat azdır.

Hesabat dövründə bankın xalis faiz gəliri 5 mln 927 min manat artaraq, 23 mln. 585 min manat təşkil edib.

Bankın qeyri-faiz əməliyyatlarından əldə etdiyi gəliri 8 mln. 844 min manat azalaraq, 752 min manat təşkil edib. Əməliyyat mənfəəti isə 2 mln 917 min manat azalaraq, 24 mln. 337 min manata bərabər olub.

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər