"İran neftdən aslılıqdan qurtulmalıdır" - Ali dini liderdən Ruhaniyə tapşırıq
Tarix: 21-08-2019 18:10 | Bölmə: İqtisadiyyat
"İran neftdən aslılıqdan qurtulmalıdır" - Ali dini liderdən Ruhaniyə tapşırıq

İranın ali lideri Əli Xamənei hökumətdən ölkənin neft gəlirlərindən asılılığı məsələsinin həll olunmasını tələb edib.

Bu barədə İranın ali liderinin rəsmi saytında yerləşdirilən məlumata görə, Xamənei İran prezidenti Həsən Ruhani və hökumət üzvləri ilə görüşdə bildirib ki, mövcud iqtisadi problemlərin həllinin açarı ölkəni neft gəlirlərindən asılılıqdan qurtarmaqdır.

"Əslində, bu, köhnə problemdir. Amma reallıqda ölkənin inkişafına zərər vurur. Neft ixracatından əldə edilən asan gəlir böyük fəlakətdir", - deyə Xamənei bildirib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}