Maliyyə naziri: "Gələn il də maaşlar artırılacaq"
Tarix: 05-11-2019 13:29 | Bölmə: İqtisadiyyat
 Maliyyə naziri: "Gələn il də maaşlar artırılacaq"

"Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb. Bu işlər 2020-ci ildə də davam etdiriləcək".

Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2020-ci il dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, gələn il büdcədə sosial təminatla bağlı əhəmiyyətli artım olacaq.

"2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir", - deyə nazir bildirib. /Modern.az




Bölməyə aid digər xəbərlər
6-12-2024, 08:23 ABŞ pulsuz qala bilər

bütün xəbərlər