20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Naxçıvana ayrılan dotasiya 19 milyon manat azaldılıb - Nazir
Tarix: 25-11-2019 13:34 | Bölmə: İqtisadiyyat
Naxçıvana ayrılan dotasiya 19 milyon manat azaldılıb

Naxçıvan Muxtar Respublikasından hökumətə müraciət daxil olub. Müraciətə əsasən muxtar respublikanın gəlirlər potensialının 19 milyon manat artırılması səbəbindən Naxçıvana büdcədən yönəldirilən dotasiyadan 19 milyon manatın azaldılmasına imkan yaranıb.

Reyting.az
xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, qənaət ediləcək 19 milyon manatın büdcə kəsirinə yönəldilməsi təklif olunur: “Naxçıvan Muxtar Respublikasının maliyyələşməsində heç bir dəyişiklik edilməyib. Əvvəl olduğu kimi maliyyələşmə 482 milyon manatdır. Sadəcə, dotasiyanın 4,9 faizi azaldılacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər