00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Vüsal Qasımlı: "Xarici borcun düzgün idarə olunması ölkənin taleyini həll edir"
Tarix: 10-06-2020 12:31 | Bölmə: İqtisadiyyat

Son günlər dünyanın aparıcı maliyyə-kredit institutları Azərbaycanla əməkdaşlığı yeni mərhələyə çıxarmaq üçün müraciətlər ediblər.
Reyting.az xəbər verir ki, məsələnin əhəmiyyətini nəzərə alaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bu mövzuda sualları cavablandırıb.
- Azərbaycanın xarici dövlət borcu hansı səviyyədədir və gələcək proqnozlar nədən ibarətdir?
- Bu ilin əvvəlinə birbaşa xarici dövlət borcumuz 8,32 milyard ABŞ dolları, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 771 milyon ABŞ dolları, ümumilikdə xarici dövlət borcu 9,1 milyard ABŞ dolları olmuşdur. Bizim təhlil göstərir ki, prioritet hesab olunan layihələr maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti azalan tendensiya üzrə davam edəcək. Hətta dövlətin borc strategiyasında qeyd olunur ki, xarici dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması ilə tədricən bu göstəricinin azalaraq 2025-ci ildə 12 faiz olacağı proqnozlaşdırılır. İndiki halda Azərbaycanın xarici borc cəlb etməsi üçün imkanları genişdir. Bizdə xarici dövlət borcunun ÜDM-ə nisbəti 17 faiz ətrafındadır ki, bu da dünyada ən yaxşı vəziyyətdə olan 10-luğun sırasında olmağımızı göstərir. Müqayisə üçün deyim ki, bu göstərici üzrə dünyada lider Yaponiyadarır: 238 faiz. Bizim bölgədə də ölkələr üzrə xarici dövlət borcu ÜDM-in orta hesabla 40 faizindən çoxdur. COVİD-19 pandemiyası səbəbindən BVF, Dünya Bankı, AYİB, AİB, Böyük 20-lik və s. qurumlara borc üçün müraciət edən ölkələrin sayı 150-ə çatıb, artıq müflis elan edilən ölkələr var. Dünyada yeni borc dövrü başlayır.
Azərbaycanda ötən il dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 6,2 faiz olmuşdur ki, bu da borc strategiyasında nəzərdə tutulan – 15 faizdən əhəmiyyətli şəkildə aşağıdır. Dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət üçün yaradılan Təminat Fondu ciddi bir institutsional altyapıdır.
Dövlət borcu strategiyasında 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması hədəflənir ki, Azərbaycanda bu göstərici 20 faizin ətrafındadır. Dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payı da strategiyada nəzərdə tutulduğundan aşağı həddədir və bu da faiz risklərini aşağı salır. Azərbaycanın xarici dövlət borcunun və strateji valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinin eyni valyutada – ABŞ dollarında saxlanılması da valyuta risklərimizi azaldır.
- Dünyada borclanma ilə bağlı son vəziyyəti necə şərh edə bilərsiniz?
- Qlobal olaraq dövlət borclarının bu il ərzində 13 faiz bəndi qədər artaraq, dünya ÜDM-nin 83 faizindən 96 faizinə qalxacağı proqnozlaşdırılır. Azərbaycanda bu göstərici orta dünya səviyyəsindən beş dəfə aşağıdır. Eyni zamanda, fiskal balansın inkişaf etməkdə olan ölkələrdə kəskin mənfi olacağı, orta gəlirli və aşağı gəlirli ölkələrdə isə müvafiq olaraq ÜDM-in -9.1 və -5.7 faizinə qədər çataçağı gözlənilir.
İnkişaf etməkdə olan ölkələrin qeyri-rezidentlərinin portfelindən maliyyə çıxarılmaları bu ilin yanvar ayının sonlarından başlayaraq artım tendensiyası ilə 100 milyard dollara çatıb. Qlobal faiz dərəcələrinin çox aşağı olmasına baxmayaraq, inkişaf etməkdə olan ölkələrin əksəriyyəti üçün borclanmanın xərci artıb: inkişaf etməkdə olan ölkələrin suveren istiqrazları üzrə kredit spredi ilin əvvəlindən aprel ayına qədər iki dəfədən çox artaraq 600bps-ə (6%) çatıb. BVF-yə 100-dən çox ölkə sürətli maliyyələşdirmə alətindən (RFİ) istifadə edərək təcili maliyyə yardımı almaq üçün müraciət edib.
Bundan başqa, BVF tərəfindən Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasına daxil olan 76 inkişaf etməkdə olan ölkə və 13 ada ölkəsinə, eyni zamanda, 25 ən yoxsul ölkəyə borcların restrukturizasiyası və ödəmələrin qismən saxlanılması təklif olunub.
- Bəzən belə bir sual qoyulur: Niyə Azərbaycanın strateji valyuta ehtiyatları ola-ola, xaricdən borc cəlb edilir? Bu məntiqi izah edə bilərsiniz?
- Məsələn, 2019-cu ildə dövlət büdcəsi hesabına imzalanmış kredit müqavilələrinin faiz dərəcəsi Euribor və LİBOR stavkası əsasında müəyyənləşib. Nəzərə alanda ki, hər iki indeks hazırda mənfi işarəyə malikdir, yeni kreditlər üzrə faiz dərəcəsi 1 faizin altındadır. Əlbəttə, burada valyuta riskini də nəzərə almaq lazımdır. Müqayisə üçün deyək ki, 2019-cu ildə Dövlət Neft Fondunun portfelinin ümumi gəlirliliyi daha yüksək həddə olub: 5,3 faiz. Təsəvvür edin ki, ötən il biz xarici vəsaiti 0-1 faiz xərclə cəlb etdiyimiz halda, xaricdə yerləşdirilən aktivlərimizdən 5,3 faiz qazanırıq. Aradakı təxminən 5 faizlik fərq bizim qazancımızdır. Üstəlik nəzərə almaq lazımdır ki, ötən il Fransa İnkişaf Agentliyi və Asiya İnkişaf Bankından cəlb etdiyimiz kreditlərin 3-6 il güzəşt dövrü var.
Dünyanın aparıcı maliyyə institutları ilə əməkdaşlıq ölkəmizin tədiyyə qabiliyyəti və etibarlı partnyor kimi imicini gücləndirir. Eyni zamanda bu yolla beynəlxalq standartların tətbiqi, yaxşı təcrübələrin öyrənilməsi, şəffaflıq və hesabatlılıq, həmçinin səmərəlilik sahəsində irəliləyiş əldə edirik. Azərbaycana sərmayə qoyan ciddi investorlar həm də ölkəmizin inkişafında maraqlı olurlar, bu isə əlavə qarantiyalar deməkdir. Xaricdən cəlb edilən vəsaitin tədiyyə balansına, fiskal balansa və yerli valyuta bazarına müsbət təsirlərini də qeyd etmək lazımdır. Hətta Asiya İnkişaf Bankının ayıracağı bəzi kreditlərin manatla ifadə olunması mümkündür, bu da yerli valyutaya inamı gücləndirir.
Amma bütün hallarda xaricdən cəlb olunan kreditlər o dərəcədə səmərəli istifadə olunmalıdır ki, gəlirlilik səviyyəsi həm xərcləri bağlasın, həm də ölkə üçün əlavə dəyər yaratsın. Xarici borcdan səmərəli istifadə əsas prioritet olmalıdır.
- Sizcə xarici kreditlərdən nə dərəcədə səmərəli istifadə olunur?
- Məsələn, Asiya İnkişaf Bankı müxtəlif ölkələrdə öz layihələrin uğur dərəcəsini qiymətləndirir. Azərbaycanda bu göstərici 80 faizdir və bu, regionumuz üçün yaxşı göstəricidir. Müqayisə üçün deyim ki, bu göstərici Gürcüstanda 75 faiz, Qırğıstanda 67,6 faiz, Özbəkistanda 65,5 faiz və Qazaxıstanda 53,8 faizdir. Amma bu hal bizdə arxayınlıq yaratmamalıdır, mütəmadi olaraq xarici borcun səmərəli istifadəsi təhlil olunmalıdır.
Xarici borcun düzgün idarə olunması ölkənin taleyini həll edir. Bir haşiyəyə çıxım: Ötən əsrin 70-ci illərinin sonunda Meksika böyük neft ehtiyatları tapanda, dərhal xarici borclanmaya gedən Prezident Lopez ölkəsini tezliklə modernləşdirəcəyinə inandığı halda, 1982-ci ildə Meksika müflis elan olundu. Ardınca Latın Amerikası ölkələri itirilmiş onilliklə üzləşdilər. Son çıxışında Prezident Lopez demişdir ki, “mən gəmiyə cavabdeh idim, tufana yox!” Amma tufanlar reallıqdır. Buna görə də Azərbaycanda borc strategiyası qəbul edilib, buna uyğun məzənnə riski, faiz riski, təkrar maliyyələşmə riski və əməliyyat riski təhlil edilir. Dövlət borcunun idarə olunmasında əsas məqsəd dövlət borcunun dayanıqlığını təmin etməklə ÜDM-ə nisbətin tədricən azaldılmasına nail olmaqdır. Bu isə ortamüddətli dövrdə dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılmasını, habelə xərc və risklərin müvafiq tarazlığı nəzərə alınaraq, ən optimal maliyyə alətlərinin seçilməsini tələb edir. Dövlətin zəmanət vermədiyi, amma dövlət qurumları tərəfindən götürülən xarici borcların da səmərəli istifadəsi vacib istiqamətlərdəndir.
- Azərbaycana kredit verilməsi üçün beynəlxalq maliyyə qurumları niyə bu qədər maraqlıdır?
- Azərbaycanın ÜDM-ə nisbətdə aşağı borc səviyyəsi və yüksək strateji valyuta ehtiyatları ölkəmizin tədiyyə qabiliyyəti barədə bir rəy yaradır. Təsəvvür edin ki, bu gün dövlətin strateji ehtiyatları onun xarici borcundan beş dəfə çoxdur. Üstəlik, ölkədə ictimai-siyasi, iqtisadi və sosial sabitlik, aydın ifadə olunmuş siyasi iradə və perspektivlər xarici borclar üçün risk səviyyəsini aşağı salır. Region üçün yüksək sayıla biləcək kredit reytinqlərimiz də qiymətli kağızların emissiyasına, dövlət zəmanətli kreditlərin faizinin və sığorta mükafatlarının azalmasına səbəb olur.
Kommersiya banklarının xalis xarici aktivləri 2016-cı ildə mənfi işarəylə dörd milyard manatdan hazırda müsbət işarəylə dörd milyard manata çatıb. Üstəlik, kommersiya banklarının xarici öhdəliklərin məcmu aktivlərə nisbəti də 2016-2020-ci illərdə 211 faizdən 27 faizədək azalmışdır.
Bütün hallarda Azərbaycan xarici borclanmanı fiskal dayanıqlığın tərkib hissəsi kimi nəzərdən keçirir və səmərəlilik prinsipini əsas götürür.
Beləliklə, dünya dövlətlərinin əksəriyyəti xarici borc üçün müraciət etdiyi halda, Azərbaycana aparıcı maliyyə qurumları özləri belə bir təkliflə çıxış edirlər.
- Pandemiyanın bu ilin dövlət büdcəsinə təsirini necə qiymətləndirirsiniz?
- Bu istiqamət hökumətin diqqət mərkəzindədir. Pandemiyanın yaratdığı xərclər, eyni zamanda müvəqqəti vergi rejiminin gəlirlərə təsirləri təhlil edilir. Büdcə qanunvericiliyinə əsasən dövlət büdcəsinin icrası prosesində birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər. Bu hal imkan verir ki, pandemiyanın təsirləri dövlət büdcəsinin icrası zamanı nəzərə alınsın. Yeri gəlmişkən, ötən il də inqilabi sosial paket icra olunan zaman birdəfəlik təyinatlı vəsaitlər üzrə qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilmiş və fonddan 1,4 milyard manata yaxın istifadə olunmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
Dünən, 09:49
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
1-02-2026, 16:52
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
30-01-2026, 17:40
İqtisadi Şuranın iclası keçirilib
30-01-2026, 16:30
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
30-01-2026, 14:15
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
30-01-2026, 13:47
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
30-01-2026, 10:23
Agentlik sədrinin müavini vəzifədən azad edilib
30-01-2026, 07:18
Ağıllı eynəklərin və süni intellektli cihazların istehsalı artacaq
29-01-2026, 18:04
Nazirlikdə nöqsanlar aşkarlanıb
29-01-2026, 17:41
Vakansiyalar arasında maaş uçurumu: 300-10 min manat arasında dəyişir
29-01-2026, 17:11
Mərkəzi Bankda yeni təyinatlar olub
29-01-2026, 16:04
İranla bağlı gərginlik dünya bazarında nefti bahalaşdırıb
29-01-2026, 14:21
Kəmaləddin Qafarovun şirkəti hospitalla sövdələşib
29-01-2026, 11:25
İşçi Qrupun iclası keçirilib - Foto
29-01-2026, 07:02
Dollar üçün təhlükəli dövr başlayır
28-01-2026, 15:00
Nə qədər dövlət borcumuz var? - Rəqəm açıqlanıb
28-01-2026, 14:45
Hibrd modellər Avropa avtomobil bazarında üstünlük qazanıb
28-01-2026, 12:56
Trampın şərhləri dolları dəyərdən salır
28-01-2026, 12:07
İrandan Azərbaycana gətirilən qənnadı məhsulunda kif aşkarlanıb
28-01-2026, 09:26
Avropa İttifaqı Polşaya 44 milyard avro ayırıb
27-01-2026, 23:00
"Bloomberg": Hindistan Rusiya neftindən imtina edib
27-01-2026, 19:35
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub
27-01-2026, 16:11
Almaniya şirkətləri Çinə investisiyaları artırıb
27-01-2026, 11:27
Neft Fondu qızıl aktivlərini 200 tona çatdırıb
27-01-2026, 10:53
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
27-01-2026, 10:45
Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib
27-01-2026, 10:37
ARDNF-in aktivləri artıb
27-01-2026, 10:30
Sinqapur valyutası ABŞ dollarını üstələyir
27-01-2026, 08:42
Seul Trampın yeni tariflərini rədd edir
26-01-2026, 21:03
SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib - Fotolar
26-01-2026, 16:30
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq olunub
26-01-2026, 16:05
Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulub
26-01-2026, 11:26
Qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır
26-01-2026, 10:50
Pensiya nə qədər artırılacaq? - Açıqlama
26-01-2026, 10:30
Məşhur şirkəti fantastik maliyyə itkiləri gözləyir
26-01-2026, 09:57
Dollar arxa plana keçir, qızıl və gümüşə üstünlük verirlər
23-01-2026, 22:36
Qızıl və gümüşün qiyməti artır
23-01-2026, 17:53
Baş İdarə rəisi vəzifədən azad olunub
23-01-2026, 17:22
Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma ləğv olunub
23-01-2026, 15:10
"VTB Azərbaycan”dan 17 milyon manatdan çox depoziti geri götürülüb
23-01-2026, 12:36
Tələbələrin kredit üçün müraciət tarixləri açıqlanıb
23-01-2026, 12:08
Sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır
23-01-2026, 10:57
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
22-01-2026, 15:20
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad edib - Yeni təyinat
22-01-2026, 09:10
Rusiya qızıl ehtiyatını artırıb

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər