18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Almaniya vətəndaşları Azərbaycan şirkətindəki paylarını satıb
Tarix: 03-08-2020 15:10 | Bölmə: İqtisadiyyat
Almaniya vətəndaşları Azərbaycan şirkətindəki paylarını satıb

Azərbaycanın aparıcı tikinti şirkəti - "Azvirt" MMC-nin müvafiq olaraq 30%-lik və 20%-lik təsisçiləri - Almaniya vətəndaşları Mantin Manfred və Sakhariaz Valter paylarını satıb.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, onların payını müvafiq olaraq Almaniya şirkətləri - "Martin Beteiligungs GmbH & Co KG" və "Walz GmbH & Co KG" əldə edib.

"Azvirt"in digər təsisçiləri isə əvvəlki qaydada Azərbaycan vətəndaşı Elnur Əliyev (25%) və Lüksemburqun “Falcom Holding”idir (25%).

Xatırladaq ki, "Azvirt" 1995-ci ildə “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın "Virtgen İnternational Gmbh" şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi kimi təsis edilib. 2004-cü ildə şirkət MMC kimi yenidən qeydiyyatdan keçib və özəlləşdirilib.

İlk öncə Bakıda yol tikintisi ilə məşğul olan "Azvirt" zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Kommersiya qurumu Azərbaycanla yanaşı, Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada fəaliyyət göstərir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər