Azərbaycanın xarici borcunun məbləği bəlli olub
Tarix: 24-08-2017 20:22 | Bölmə: İqtisadiyyat
Azərbaycanın xarici borcunun məbləği bəlli olub
Azərbaycanın xarici borcunun həcmi açıqlanıb.
Maliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, 01 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,172.6 milyon ABŞ dolları (12,208.5 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti isə 18.9 faiz təşkil edir.
Məlumatda bildirilir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxildir:
“Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər