07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Dünyanın 10 ən böyük şirkəti bəlli olub
Tarix: 13-05-2021 18:08 | Bölmə: İqtisadiyyat
Dünyanın 10 ən böyük şirkəti bəlli olub

Dünyanın ən iri onlayn alış-veriş platformlarından “Amazon” illik “Forbes Global 2000” şirkətlər reytinqində 22-ci yerdən 10-cu yerə qalxıb.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, 9 il dalbadal birinci yerdə qalan Çin Sənaye və Ticarət Bankı ICBC-dən və ikinci dəfədir beşinci yer tutan Səudiyyə Ərəbistanı “Aramco” dövlət neft qaz şirkətindən başqa reytinqin top-10-unda yerdəyişmələr baş verib. Belə ki, ABŞ-ın “JPMorgan” bankı 3-cü yerdən 2-ci yerə, “Berkshire Hathaway” sərmayə şirkəti 4-cü yerdən 3-cü yerə, “Apple” şirkəti 9-cu yerdən 6-cı yerə qalxıb, Çin İnşaat Bankı CCB isə ikinci yerdən 4-cü yerədək geriləyib. Amerika Bankı (Bank of America), Çinin “Ping An” sığorta qrupu (Ping An İnsurance Group), Çin Kənd Təsərrüfatı Bankı (Agricultural Bank of China) 7-9-cu yerlərdə qərarlaşıb.

Həmçinin reytinqə daxil olan 2 min şirkətin məcmu dəyəri ötən ilkinə nisbətən 47 faiz artaraq 79,8 trilyon dollara çatsa da, məcmu gəlirləri 6 faiz azalaraq 39,8 trilyon dollaradək, məcmu mənfəəti də 24 faiz azalaraq 2,5 trilyon dollaradək geriləyib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}