İrandan Azərbaycana keyfiyyətsiz məhsul ixrac edilib
Tarix: 22-09-2021 11:13 | Bölmə: İqtisadiyyat
İrandan Azərbaycana keyfiyyətsiz məhsul ixrac edilib

İran İslam Respublikasının “Afshin Ghoje Biglo Agha Mohammad Biglo” və “Saleh Ehsas Gojeh Bagloo” adlı təsərrüfat subyektlərinin ölkəmizə ixrac etdiyi kartof məhsulunda karantin tətbiq edilən kartof güvəsi (Phthorimaea operculella) aşkarlanıb.

Bu barədə Reyting.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana kartof ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.

Bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması, xəstəliklərin aradan qaldırılması, məhsul itkisinə yol verilməməsi, ətraf mühitin və əhalinin sağlamlığının qorunması istiqamətində bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi məqsədilə faktla bağlı respublikanın baş dövlət fitosanitar müfəttişi tərəfindən “Karantin tətbiq edilən zərərli orqanizm aşkar edilmiş məhsul idxalının qadağan edilməsi haqqında” 2021-ci il 21 sentyabr tarixli Q-BS/006 nömrəli qərar qəbul edilib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}