"Oba" marketin rəhbərliyi prokurorluğa verilib
Tarix: 23-09-2021 11:02 | Bölmə: İqtisadiyyat
"Oba" marketin rəhbərliyi prokurorluğa verilib

Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, "Oba" marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.

Reyting.az
xəbər verir ki, bu barədə Report-a Xidmət rəsmisi Vaqif Cavadov bildirib.

O deyib ki, araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1 200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “İlkin araşdırma zamanı "Oba" marketin qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib”.

V.Cavadov onu da qeyd edib ki, kəsilmiş və düzgün budanmamış ağacların yerinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Birliyinə rəsmi müraciət olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər