"Azexport" 2,54 milyard dollar dəyərində ixrac sifarişi alıb
Tarix: 30-09-2021 11:54 | Bölmə: İqtisadiyyat
"Azexport" 2,54 milyard dollar dəyərində ixrac sifarişi alıb
2021-ci ilin yanvar-avqust aylarında "Azexport" portalı 324,4 milyon ABŞ dolları dəyərində sifariş alıb.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı” jurnalının sentyabr buraxılışında bildirilib.

Sifarişin 40,8 milyon dolları avqust ayının payına düşüb.

Ay ərzində ən çox ixrac sifarişi pambıq, xurma, nar, toyuq yumurtası, fındıq ləpəsi, biyan kökü və s. mallara görə daxil olub.

2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 avqust tarixinə kimi (56 ay ərzində) isə portala 145 ölkədən daxil olan ixrac sifarişlərin dəyəri 2,54 milyard dollar təşkil edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}