Moldovada fövqəladə vəziyyət elan edilib - Qaz probleminə görə
Tarix: 22-10-2021 17:13 | Bölmə: İqtisadiyyat
Moldovada fövqəladə vəziyyət elan edilib

Moldova parlamenti respublikada qaz qıtlığı ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edib.


Məlumata görə, Moldovanın Baş naziri Nataliya Qavrilitsa bir müddət əvvəl enerji sektorunda yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyətin elan oluna biləcəyini bildirmişdi. Parlamentin növbədənkənar iclasında hakim "Fəaliyyət və Həmrəylik Partiyası"nın deputatları hökumətin müvafiq təklifini təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl Moldovanın Moskvadakı nümayəndə heyəti Rusiya qazının tədarükü ilə bağlı yeni müqavilə barədə razılığa gələ bilməyib. Moldova nümayəndələri məsələnin müzakirəsini davam etdirmək üçün Moskvada qalmalı olublar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər