Bakıda həyətyanı sahələr ucuzlaşıb
Tarix: 24-10-2021 10:46 | Bölmə: İqtisadiyyat
Bakıda həyətyanı sahələr ucuzlaşıb

Bakıda sentyabr ayında torpaq sahələrinin qiyməti 4,58 faiz ucuzlaşıb.

Reyting.az
xəbər verir ki, bunu “Trend”-ə "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

N. İbrahimov bildirib ki, ötən ili sentyabr ayı ilə müqayisədə də torpaq sahələrinin qitymətində 4,72 faiz azalma baş verib. Onun sözlərinə görə, ötən ay ərzində bir sot torpağın ora qiyməti 20 800 manat təşkil edib.

Ekspert əlavə edib ki, torpaq bazarında qiymətin ucuzlaşması mövsümə uyğun olaraq torpaq sahələrinə marağın azalması ilə bağlıdır. Sentyabr ayında bazarda satışa çıxarılan torpaq sahələrinin sayı da artıb.

Belə ki, bu ilin avqust ayında Bakıda 312 torpaq sahəsi satışa çıxarılmışdısa, sentyabr ayında bu say 506 təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər