18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Daha 7 obyekt sahibi cərimələnib - Siyahı
Tarix: 14-01-2022 15:25 | Bölmə: İqtisadiyyat
Daha 7 obyekt sahibi cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 13-də ölkə üzrə 427 ictimai iaşə obyektində 754 monitorinq keçirib.

AQTA-dan Reyting.az-a verilən məlumata görə, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küç., ev 9 ünvanında yerləşən, hüquqi şəxs "Maharaja" MMC-yə məxsus restoran;

2. Bakı şəhəri, Xətai rayonu, General S. Mehmandarov küç., ev 33B ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlyas Kamal oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, M. Dilbazi döngə 7, qapı 2 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Firuzə Məmmədhüseyn qızına məxsus restoran;

4. Bakı şəhəri, Binəqədi rayonu, Ş. Məmmədova küç., ev 11, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Yusubov Rauf Oruc oğluna məxsus “Street Pub” kafesi;

5. Bakı şəhəri, Xətai rayonu, Xocalı küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Zeynalova Leyla Eldar qızına məxsus “Sumakh” restoranı;

6. Xaçmaz şəhəri, Z.Bünyadov küç., ev 17B ünvanında yerləşən, fiziki şəxs Zeynalov Ramin Zeynal oğluna məxsus “Turan” kafesi;

7. Gəncə şəhəri, Ü. Hacıbəyov küç. ilə Sədi küç.-nin kəsişməsində yerləşən, fiziki şəxs Məmmədov Bayram Məcid oğluna məxsus “Dost Qapısı” restoranı.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər