23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Azərbaycanlı nazir İranda növbəti görüş keçirib
Tarix: 19-07-2019 12:30 | Bölmə: Xəbərlər
Azərbaycanlı nazir İranda növbəti görüş keçirib

İranda səfərdə olan Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə yol və şəhərsalma naziri Məhəmməd İslami tərəfindən qəbul edilib.

Reyting.az
“İRİB”-ə istinadla xəbər verir ki, görüşdə iranlı nazir iki ölkənin tarixi və mədəni yaxınlığını vurğulayıb.

Məhəmməd İslami deyib: “İslam Respublikasının düşmənləri həmişə iki ölkə arasındakı əlaqələri pozmağa çalışsa da, dövətlərimizin iradəsi davamlı əməkdaşlıq edir”.

Nazir Tehran şəhərində İran-Azərbaycan Nəqliyyat Əməkdaşlığı üzrə Birgə Komissiyanın iclasının keçirilməsinə istinadən bildirib ki, bu tədbir İran İslam Respublikasının birgə layihələrinə yaradılan maneələri aradan qaldırmaq üçün yaxşı imkandır. O cümlədən Astara (İran) -Astara (Azərbaycan), ümumi sərhəd körpüsü və Rəşt-Astara şəbəkəsini birləşdirən yeni terminalın istifadəyə verilməsi də daxil olmaqla, o, müxtəlif layihələr üçün istifadə oluna bilər.

Rəşt-Astara (İran) -Astara (Azərbaycan) dəmir yolunun xüsusi əhəmiyyət kəsb etdiyini deyən Məhəmməd İslami əlavə edib: "Layihənin Şimal-Cənub Dəhlizində yerləşməsini və iki ölkənin onu tamamlamaq cəhdlərini nəzərə alaraq, tranzit yük gəlirlərini artıracaq”.

Nazir, həmçinin İran və Azərbaycan arasında dəniz nəqliyyatı əməkdaşlığının da yüksək səviyyədə olduğunu vurğulayb.

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iki ölkə arasında nəqliyyat əlaqələrinin vacibliyini və bu əlaqələrin iki ölkə arasındakı iqtisadi-ticari əməkdaşlığı və iqtisadi böyüməni təşviq etdiyini bildirib.




Bölməyə aid digər xəbərlər
15-03-2024, 01:00 Hakan Fidan Bakıya gəlib
14-03-2024, 21:31 Anar - Fəxri Uğurlu yazır

{sape_links}{sape_article}