İran prezidentinin uşaqlıq fotosu yayıldı - Foto
Tarix: 14-08-2019 10:40 | Bölmə: Xəbərlər
İran prezidentinin uşaqlıq fotosu yayıldı

Sosial şəbəkələrdə İran prezidenti Həsən Ruhaninin uşaqlıq fotosu yayılıb.

Reyting.az
“Fərda” saytına istinadla xəbər verir ki, fotoda Ruhani atasının ucağında oturmuş halda əks olunub.

Xatırladaq ki, Həsən Ruhani 1948-ci il noyabr ayının 12-də İranın Simnan ostanındakı Sürxə şəhərində anadan olub. Dini təhsilə 1960-cı ildə Simnan mədrəsəsində başlayıb. 1961-ci ildən Qum şəhərindəki mədrəsədə təhsilini davam etdirib. Bundan əlavə o, dünyəvi təhsil də alıb. 1969-cu ildə Tehran Universitetinə daxil olub, 1972-ci ildə bu universiteti məhkəmə hüququ üzrə bakalavr dərəcəsi ilə bitirib. Bundan sonra təhsilini Avropada davam etdirərək 1995-ci ildə Qlazqo Universitetində magistr dərəcəsi alıb. 1999-cu ildə elmlər namizədi olub.

1980-ci ildə İran İslam Şura Məclisinə üzv seçilib. 20 il (1980-2000) məclis üzvü olduğu müddətdə müxtəlif vəzifələri icra edib. İran-İraq müharibəsi dövründə 1982-ci ildən 1988-ci ilə qədər Ali Müdafiə Şurasının üzvü, Müharibəyə Dəstək komissiyasının üzvü, həm də onun icra komitəsinin sədri (1986-1988), İran Ordu komandanının müavini (1983-1985), İran Hərbi Hava Qüvvələrinin komandanı (1986-1991) və s. vəzifələri icra edib. Müharibədəki xidmətlərinə görə Fəth (Qələbə) medalı ilə mükafatlandırılıb.

İranın Ali Rəhbəri Ayətullah Xomeyninin Məclisdəki nümayəndəsi təyin edilib və 1989-cu ildən 2005-ci ilə qədər 16 il müddətində Təhlükəsizlik Şurasının katibi olub. Həmçinin sabiq İran prezidenti Hatəminin 2000-2005-ci illərdə Təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutub.

İran prezidentinin uşaqlıq fotosu yayıldı

Məsul vəzifələrlə yanaşı, elmi fəaliyyətini də davam etdirib. 1995-1999-cu illərdə Tehran Universitetinin hamilər şurasının üzvü olub. 1991-ci ildən Strateji Araşdırmalar Mərkəzində çalışıb, araşdırmaçı-professor adı alıb, fars, ərəb və ingilis dillərində çoxlu elmi kitab və məqalələrin müəllifidir.

İranın Qərblə nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən əsas simalardan biri olub. Təhlükəsizlik Şurasının katibi və Məclisin vitse-spikeri kimi xarici nümayəndələrlə nüvə proqramı barədə diplomatik müzakirələrdə, o cümlədən MAQATE-ilə danışıqlarda iştirak edib. Buna görə ölkəsində "Diplomatiyanın şeyxi" adını alıb.

2013-cü ildə İran İslam Respublikasının prezidenti seçilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}