14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
AzTV sədri telekanalın adını dəyişdirib - Foto
Tarix: 16-09-2019 12:52 | Bölmə: Xəbərlər
AzTV sədri telekanalın adını dəyişdirib

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) daxil olan televiziya kanallarının loqosu dəyişdirilib.

Reyting.az
xəbər verir ki, dəyişikliyə əsasən, "İdman Azərbaycan" telekanalının adı "İdman TV" olub. Yeni loqoda AzTV-nin, "Mədəniyyət TV"nin və "İdman TV"nin adı ağ şriftlərlə qeyd olunub. TV isə müvafiq olaraq, göy, qırmızı və yaşıl rəngli üçbucaqların daxilində əks olunub.

Qeyd edək ki, bu il sentyabrın 4-də Prezident İlham Əliyev Rövşən Məmmədovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

AzTV sədri telekanalın adını dəyişdirib




Bölməyə aid digər xəbərlər
27-06-2025, 09:33 Qaxda zəlzələ olub