Bakıda oğurluq edən 37 yaşlı qadın tutuldu
Tarix: 07-11-2019 11:58 | Bölmə: Xəbərlər
Bakıda oğurluq edən  37 yaşlı qadın tutuldu

Bakıda 37 yaşlı qadın evdən pul və qızıl üzüklər oğurlayıb.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, hadisə sentyabrın 16-da Suraxanı rayonu, Hovsan qəsəbəsi, Çöllük küçəsində baş verib.

Belə ki, həmin ərazidə yaşayan T.Cəlilzadəyə məxsus evdən günorta saatlarında 500 manat pul və 400 manat dəyərində 2 ədəd qızıl üzük oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirlər nəticəsində hadisəni törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Y.Bünyatova saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, 37 yaxşlı qadın daha əvvəl Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}