07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Macarıstanın Türk Şurası ilə bağlı təklifi var
Tarix: 14-11-2019 20:32 | Bölmə: Xəbərlər
Macarıstanın Türk Şurası ilə bağlı təklifi var

Macarıstan hökuməti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) paytaxt Budapeştdə nümayəndəlik açması üçün ilk addımı atıb.

Reyting.az
“DW”-yə istinadla xəbər verir ki, noyabrın 13-də xarici işlər naziri Peter Szijjartonun parlamentə təqdim etdiyi qanun layihəsində agentlik və işçilər üçün tam diplomatik toxunulmazlıq nəzərdə tutulur. Diplomatik statusun tanınması nümayəndələrin işçiləri üçün cinayət işlərindən, vergi və gömrükdən azad olunma, habelə polisin nümayəndəlik binasına girə bilməməsi deməkdir.

Qanun layihəsində bu addımın "Macar və Türk xalqları arasında sıx tarixi və mədəni əlaqələr" işığında atıldığı bildirilib.

2009-cu ildə qurulan Türk Şurası Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Özbəkistandan meydana gəlir. Macarıstan 2018-ci ildən bəri müşahidəçi ölkədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}