Eyvazov polis mayorunu rəis müavini təyin edib
Tarix: 20-02-2020 11:08 | Bölmə: Xəbərlər
Eyvazov polis mayorunu rəis müavini təyin edib

Daxili işlər orqanlarında növbəti kadr təyinatı olub.

Reyting.az
-ın məlumatına görə, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə polis mayoru Mahir Məhərrəmov Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

M. Məhərrəmov bundan əvvəl Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.(Oxu.az)




Bölməyə aid digər xəbərlər