19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
16 yaşlı tələbə Kür çayında batıb - Yenilənib
Tarix: 07-08-2020 14:57 | Bölmə: Xəbərlər
16 yaşlı tələbə Kür çayında batıb

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfər batıb.

Reyting.az
xəbər veririr ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, batan şəxs Neftçala rayonunun Aşağı Surra kənd sakini, 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğludur. O, Şirvan Humanitar Kollecinin tələbəsidir.

Əlavə məlumat veriləcək.

***

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində batan Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Məlumata görə, X. Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub