16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
Navalnının mənzilinə həbs qoyulub, hesabları dondurulub
Tarix: 25-09-2020 01:05 | Bölmə: Xəbərlər
Navalnının mənzilinə həbs qoyulub, hesabları dondurulub

Məhkəmə icraçıları Rusiyanın müxalifət liderlərindən olan Aleksey Navalnının mənzilinə həbs tətbiq ediblər. Reyting.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Twitter-də A. Navalnının mətbuat katibi Kira Yarmış bildirib.

K. Yarmış qeyd edib ki, məhkəmə icraçılarının belə bir qərar verməsinə səbəb A. Navalnıya qarşı "Московский школьник" şirkətinin məhkəmə iddiasıdır. Avqustun 27-də məhkəmə icraçıları onun Maryinoda yerləşən mənzildəki payına dair qeydiyyat tədbirlərinin qadağan olunduğunu bildiriblər. Artıq Navalnı həmin mənzili sata, bağışlaya və ya ipoteka predmeti kimi istifadə edə bilməz.

Yarmış qeyd edib ki, mənzili ilə yanaşı Navalnının hesablarına da həbs tətbiq edilib.

Qeyd edək ki, əvvəllər həmin şirkətin iddiası əsasında keçirilən məhkəmə prosesində “Live YouTube” kanalının da hesablarına həbs qoyulub.

Məhkəmə ümumilikdə Navalnı, Sobol və FBK-dan təqribən 88 milyon rubl tutulmasına qərar verib. Bu məbləğ iddiaçı şirkətin qida tədarükü müqaviləsinin ləğvi səbəbiylə itirdiyi mənfəətin əvəzi kimi qiymətləndirilib.

2019-cu ilin oktyabr ayında Moskva Arbitraj Məhkəməsi A. Navalnı, L. Sobol və Korrupsiyaya Qarşı Mübarizə Vəqfindən (FBK) həmin şirkətə dəymiş ziyan əvəzi olaraq təqribən 29 milyon rubl (ümumilikdə - 88 milyon) təzminatın tutulmasına qərar verib. Həmçinin zavodla bağlı video şirkətin işgüzar nüfuzuna xələl gətirdiyi üçün silinməsi qərar alınıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}