DİN-nin idarə rəisi olan general dünyasını dəyişib
Tarix: 21-10-2020 00:07 | Bölmə: Xəbərlər
DİN-nin idarə rəisi olan general dünyasını dəyişib

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski vəfat edib.

Reyting.az
 Bakupost.az-a istinadla xəbər verir ki, 59 yaşlı generalın səhhətində problemlər varmış.

Şəkinski Emin Əkrəm oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin tarix, 1993-cü ildə hüquq fakültələrini bitirib.

1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb. Cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb.

E.Şəkinski Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsində şöbə rəisi, Yasamal RPİ-nin 26-cı polis bölməsinin rəisi, Xətai RPİ-nin rəis müavini vəzifələrində işləyib, 2004-cü ilin avqust ayında isə DİN-in Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.

2005-ci ilin aprel ayından DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülüb. 




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}