Rusiya Qarabağa hərbi mühəndislər göndərib
Tarix: 22-11-2020 11:28 | Bölmə: Xəbərlər
Rusiya Qarabağa hərbi mühəndislər göndərib

Rusiyadan hərbi mühəndislər, avadanlıqlar və zəruri cihazlar Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin əməliyyat bölgəsinə göndərilib.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, “İl-76” hərbi nəqliyyat təyyarələri Rusiya Federasiyası Silahlı Qüvvələrinin mühəndis qoşunlarının bir qrup hərbçisini, eləcə də sülhməramlı əməliyyat ərazilərində ümumi yolların və sosial infrastrukturun təmizlənməsinə və bərpasına kömək etmək üçün mühəndis maşın və avadanlıqları çatdırmaq üçün Moskva yaxınlığındakı Çkalovski hava limanından havaya qalxıb.

Təyyarədə hərbi mühəndislərin, bir buldozerin, ağır yolsuzluq nəqliyyat vasitəsinin (müşahidə postlarının tənzimlənməsi üçün) və digər avadanlıqların olduğu bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}