Paşinyan Türkiyəni yeni “soyqırımı”nda ittiham edir
Tarix: 10-05-2021 20:35 | Bölmə: Xəbərlər
Paşinyan Türkiyəni yeni “soyqırımı”nda ittiham edir

“Türkiyə soyqırımı siyasətinə davam etmək üçün 100 il sonra bölgəyə dönüb”.

Reyting.az
“Novosti Armeniya”-ya istinadla xəbər verir ki, bunu Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan Milli Məclisinin xüsusi iclasında bildirib.

ABŞ-ın Osmanlı İmperiyasında “erməni soyqırımı”nın tanınması ilə bağlı millət vəkilinin sualını cavablandırarkən o deyib: “ABŞ-ın bu addımına 4 amil təsir edib: biri uzunmüddətli, biri orta və ikisi qısamüddətli”. Qısamüddətli amillər arasında Paşinyan Qarabağdakı 44 günlük müharibəni və Türkiyənin bununla birbaşa əlaqəsini qeyd edib.

“Beynəlxalq mediaya verdiyim demək olar ki, bütün müsahibələrimdə, Türkiyənin 100 il sonra bölgəyə dönərək ermənilərə qarşı soyqırımı siyasətinə davam etdiyini qeyd etdim. Təbii ki, bu kontekstdə, əlbəttə ki, soyqırım və 44 günlük müharibə bir-biri ilə bağlı idi”.

Paşinyan Qarabağ məsələsi kontekstində bu düsturun getdikcə daha çox xatırlandığını vurğulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}