23:00 / 23-10-2025
Leyla Əliyeva və Arzu Əliyeva "Eşqi-nur" sərgisini ziyarət ediblər
22:26 / 23-10-2025
ABŞ və Çin liderlərinin görüş yeri və vaxtı bəlli olub
21:55 / 23-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
20:05 / 23-10-2025
Zelenski uzaqmənzilli raketlərin alınmasını müzakirə edib
19:54 / 23-10-2025
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
18:30 / 23-10-2025
Din xadimi əməliyyat olunub - Foto
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
17:43 / 23-10-2025
Tramp Qəzza zolağını ziyarət etməyi planlaşdırır
17:30 / 23-10-2025
QHT işi: Asiman Qocayevin məhkəməsi başlayıb
17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
17:14 / 23-10-2025
Müğənni: "Qadın aparıcı pulu sürücümün üzünə çırpıb"
16:52 / 23-10-2025
Dörd min kosmik güzgünün yerləşdirilməsi etirazla qarşılanır
16:42 / 23-10-2025
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
16:37 / 23-10-2025
Gələn il minimum maaş sabit qalacaq
16:14 / 23-10-2025
Filmin hüquqları 20 milyon dollara satılıb
16:10 / 23-10-2025
Media subyektləri üçün vergi güzəşti daha 3 il uzadılır
15:59 / 23-10-2025
İlon Mask robot ordusunu idarə etmək istəyir
15:59 / 23-10-2025
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
15:51 / 23-10-2025
Evini kirayə verənlərin gəlirindən 10 faiz vergi tutulacaq
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
15:09 / 23-10-2025
Bakının iki rayonundakı qəzalı binalar sökülür
15:05 / 23-10-2025
Noyabrda 12 gün qeyri-iş günü olacaq
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
14:36 / 23-10-2025
QHT rəhbəri İrəvandan fotolar paylaşıb
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:21 / 23-10-2025
Suriyadan altı azərbaycanlı ölkəyə gətirilib
13:01 / 23-10-2025
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
12:43 / 23-10-2025
QHT rəhbəri 148 min manat mənimsəmədə ittiham olunur
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
15:51 / 20-10-2025
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
16:07 / 20-10-2025
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
14:28 / 20-10-2025
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - Yenilənib
Fransada yaşayan azərbaycanlılar bəyanat yayıb
Tarix: 24-11-2022 14:40 | Bölmə: Xəbərlər

Fransada yaşayan azərbaycanlılar bəyanat yayıb.
Reyting.az xəbər verir ki, bəyanatda deyilir:
"Biz, Fransa azərbaycanlıları Fransa Milli Assambleyası tərəfindən 28 noyabr 2022-ci il tarixində müzakirəyə çıxarılacaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etməyən və regionda sülhyaratma prosesinə kölgə salan 388 saylı qətnamə layihəsini hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edərək qəti etirazımızı bildirir və layihə müəlliflərinin belə qərəzli yanaşmasını kəskin şəkildə qınayırıq. Bildiririk ki, bu addım hər şeydən əvvəl Fransada uzun illərdir yaşayan və fransız cəmiyyətinə inteqrasiya etmiş, həmçinin Fransanı özünə yaxın bilən hər bir azərbaycanlı üçün ağır mənəvi zərbədir. Bu layihə hər şeydən əvvəl fransızların tarixən mövcud olmuş “Azadlıq, bərabərlik, qardaşlıq” ideyasına, əxlaqa və normal siyasi məntiqə tamamilə ziddir. Dünyaya insan azadlığı, demokratiya və hüquq bərabərliyi ilə bağlı nümunə olmağa çalışan bir ölkənin Milli Assambleyasının beynəlxalq hüququn ümumqəbul edilmiş norma və prinsiplərini və mənəvi qaydaları kobud şəkildə pozaraq belə bir sənədi müzakirəyə çıxarmasını siyasi cəhətdən yanlış addım olmaqla yanaşı, həm də böyük ədalətsizlik hesab edirik.
Öz azadlığı, suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycan kimi bir ölkəyə olan bu haqsızlıq bütövlükdə demokratiyaya qarşı ədalətsizlik və haqsızlıq kimi qəbul edilməlidir ki, bu da öz növbəsində nə beynəlxalq hüquqa, nə də elementar məntiqə sığır.
Layihə müəlliflərinə üz tutaraq bildiririk ki, məlum qətnamə layihəsi ilə siz multikulturalizm dəyərləri ilə yaşayan bir ölkədən - Azərbaycandan üz döndərərək, totalitar, monoetnik bir dövlət olan işğalçı Ermənistana öz dəstəyinizi göstərmiş olursunuz.
Təəssüf hissi ilə xatırladırıq ki, 30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə həmvətənimizin ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yuman, illərdir yaşayıb uğurla fəaliyyət göstərdiyimiz bir ölkə tərəfindən belə qərəzli yanaşma birinci dəfə deyil ki, nümayiş etdirilir. Belə ki, tarixi Vətənimiz Azərbaycan təkcə erməni işğalçılarına qarşı 2020-ci ildə Vətən müharibəsi günlərində apardığı haqq savaşında deyil, eyni zamanda Birinci Qarabağ müharibəsində (1991-1994-cü illər) də Fransa dövləti və hökumətinin qərəzli münasibəti və ədalətsizliyi ilə üzləşib. Həmçinin bir neçə gün əvvəl parlamentin yuxarı Palatası olan Senat tərəfindən də müvafiq qətnamənin qəbul edilməsi Fransanın ədalət anlayışının nə qədər “ədalətli” olduğunu bir daha sübut edir.
Əvvəlcə Senat tərəfindən qəbul edilmiş qətnamə, indi də parlamentin aşağı palatasının belə bir layihəni müzakirəyə çıxarmaqla heç bir hüquqa və ədalətə sığmayan şərtlər irəli sürərək Azərbaycanı ittiham etməsi tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir.
Təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun Vətənimizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla növbəti dəfə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir.
Aydındır ki, Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanan məlum qətnamə layihəsi iki ildir ki, 10 noyabr Bəyanatına əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam etdirməyə, Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə qarşıdurma meyllərini gücləndirəcək və bölgədə sülh, sabitlik və tərəqqiyə mane olacaq.
Digər tərəfdən, bunu da unutmaq olmaz ki, Azərbaycan Fransanın qeyri-rəsmi lider olduğu Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramının üzvüdür. Milli Assambleyanın bu layihəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ciddi təhdid, yeni işğalçılıq fəaliyyəti və müharibə üçün rəy formalaşdırmağa, təbliğata ciddi cəhddir. Assambleya nəzərə almalıdır ki, Fransanın bu addımı regionda sülhün bərqərar olması, etimad mühitinin formalaşdırılması, Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması məqsədilə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüşlərin nəticəsinə etimadsızlıq yaratmaqla Aİ Şurasına qarşı fəaliyyət göstərmiş olur. Fransa bununla üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməkdən yayınaraq belə məsələlərdə Avropa İttifaqının istənilən qurumunun vasitəçiliyinin üzərinə kölgə salır ki, bu da gələcəkdə Aİ-nin perspektivinə problem yaratmağa, qurumu etibarsız təşkilata çevirməyə xidmət etməkdən başqa bir şey deyil.
Fransa azərbaycanlıları bir daha bəyan edir ki, Fransa Milli Assambleyası onun adına rüsvayçılıq olan bu qətnamə layihəsinin qəbul edilməsindən imtina edərək tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsinə təkan verməməlidir. Hüququn da, ədalətin də tələbi hər kəs üçün aydındır və Fransa da hamı kimi bu tələbə hörmətlə yanaşmalıdır.
Son olaraq Assambleya üzvlərini Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə dəvət edərək, erməni vandalizminin şahidi olmağa və bundan sonra “ədalətli yanaşma” prinsipini bir daha nəzərdən keçirməyə çağırırıq".
Bölməyə aid digər xəbərlər

Bu gün, 21:55
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
Bu gün, 19:54
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
Bu gün, 18:30
Din xadimi əməliyyat olunub - Foto
Bu gün, 17:18
Əfqan Sadıqov həbs olunub
Bu gün, 16:37
Gələn il minimum maaş sabit qalacaq
Bu gün, 15:59
İlon Mask robot ordusunu idarə etmək istəyir
Bu gün, 15:05
Noyabrda 12 gün qeyri-iş günü olacaq
Bu gün, 14:36
QHT rəhbəri İrəvandan fotolar paylaşıb
Bu gün, 13:21
Suriyadan altı azərbaycanlı ölkəyə gətirilib
Bu gün, 13:01
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
Bu gün, 11:37
Bakıda tibb bacısı mənzili qarət edib
Bu gün, 10:54
Neft emalı zavodu və aerodrom vurulub
Bu gün, 10:39
Sosial yardım nə qədər artacaq? - Deputatdan açıqlama
Bu gün, 09:29
Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib - Video
Bu gün, 08:56
Rusiya üzərində 139 PUA vurulub
Bu gün, 08:25
Trampın Rusiya planı dəyişir
Bu gün, 07:23
İrlandiyada uşaq və yeniyetmələr üsyan edir
Dünən, 22:40
"Qarabağ" uduzub, "Qalatasaray" qalib gəlib
Dünən, 22:14
Məşhur vəkilin evi qarət olunub - (Yenilənib)
Dünən, 16:51
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
Dünən, 16:02
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
Dünən, 15:29
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
Dünən, 14:41
Yeni medal təsis edilib
Dünən, 14:29
General-mayora yüksək vəzifə verilib
Dünən, 14:08
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
Dünən, 14:03
Xəstə əməliyyat zamanı klarnet çalıb
Dünən, 13:55
Ramiz Mehdiyevin bankında problem yaranıb?
Dünən, 13:27
Estoniya Azərbaycanda səfirlik açacaq
Dünən, 11:58
İsrail türk ordusunun Qəzzaya gəlişini istəmir
Dünən, 11:46
İki keçmiş hakim Vəkillər Kollegiyasına üzv olub
Dünən, 10:01
Dağıstan PUA hücumuna məruz qalıb - Foto
Dünən, 08:09
ABŞ Rusiyanı zəiflətməyin yeni üsulunu tapıb
Dünən, 07:43
Çin eyni anda 15 947 dron qaldırıb - Video
21-10-2025, 23:44
Əli Əsədov Gürcüstana səfər edib
21-10-2025, 16:50
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
21-10-2025, 16:21
Milli Məclis daha 17 məsələyə baxacaq
21-10-2025, 16:05
Akademikin armudu stəkanındakı limon
21-10-2025, 15:41
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
21-10-2025, 14:50
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
21-10-2025, 14:08
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
21-10-2025, 13:21
"Space TV"-yə xəbərdarlıq edilib
21-10-2025, 12:00
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
21-10-2025, 10:58
Ramiz Mehdiyevin kürəkəni qəzəblənib - Video
21-10-2025, 09:27
Donald Tramp əleyhdarlarını təhqir edib - Foto
21-10-2025, 09:15
Türkiyənin yük təyyarəsi dənizə düşüb
21-10-2025, 09:05
Metroya qara çarşabla minən kişi saxlanılıb - Foto
21-10-2025, 08:57
Rusiya Budapeşt sammitindən irəliləyiş gözləyir
21-10-2025, 08:19
Yaponiyada hökumət istefa verib
21-10-2025, 07:48
Ruslar Xarkova hücum edib

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki